May 10, 2023 21:48 Asia/Baku
  • İşğal olunmuş torpaqlarda qorxu və dəhşət hökm sürür-evlər boşaldı, sığınacaqlar açıldı

Sionist mediası işğal olunmuş ərazilərin 2000-dən çox sakininin müqavimət qüvvələrinin cavab hücumlarından qorxaraq Qəzza zolağı ilə həmsərhəd bölgələrdəki evlərini tərk etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına görə, Haaretz qəzeti, yerli bələdiyyələrin cinayətkar İsrail ordusunun Qəzza zolağına hücumlarına qarşı müqavimət qüvvələrinin cavab hücumuna tədbir kimi minlərlə insanı təxliyə etməyə hazırlaşdıqlarını yazıb.

Qeyd edək ki, sionist ordu cənub bölgələrinin vətəndaşlarını avtobuslarla digər bölgələrdəki otellərə aparır. Bu xəbərə görə, ordu Qəzza ilə sərhədə yaxın yaşayış məntəqələrinin sakinlərinə də tez bir zamanda evlərini boşaltmağı göstəriş verib.

Fələstin müqavimət qruplarının xəbərdarlığından sonra işğal olunmuş Fələstin torpaqlarının müxtəlif bölgələrində sığınacaqlar yenidən açılıb.

Sionist rejimin prezidenti İshaq Hersoq bəyanatında bütün məskunlaşanlardan ordunun verdiyi göstərişlərə əməl etmələrini istəyib.

Əl-Əqsa radiosu həmçinin qeyd edib ki, sionist rejim hərbçiləri döyüş hazırlığı vəziyyətinə gətirilib və Dəmir Qübbə müdafiə sistemləri işğal olunmuş Fələstinin müxtəlif bölgələrində yerləşdirilib.

Dərc edilmiş məlumatlara görə, Ben-Qurion hava limanında təyyarələr şimala istiqamətini dəyişib və cənuba uçmaşlarını dayandırıblar.

Xatırladaq ki, bu tədbirlər Fələstin Müqavimətinin Birgə Palatası bəyanatında sionist rejimin cinayətinə qəti cavab verəcəyini elan etdikdən sonra həyata keçirilib.

Sionist rejim döyüşçüləri bu gün səhər "Qalxan və ox" adlı qəfil hücumda Qəzza zolağının müxtəlif bölgələrini hədəfə alıblar. Qəzza zolağının Səhiyyə Nazirliyi bu hücumda 13 fələstinlinin həlak olduğunu, bir neçə qadın və uşaq olmaqla 20-dən çox insanın yaralandığını açıqlayıb.

Bildirilir ki, Sionist rejim bu hücumda İslami Cihad hərəkatının üç komandiri və onların ailələri şəhid edilib.

 

Teqlər