-
İsfahandakı müdafiə sənayesi kompleksinə uğursuz hücum edilib
Yan 29, 2023 10:53İranın Müdafiə Nazirliyi bir bəyanatda, şənbə günü axşam İsfahanda nazirliyə tabe olan müdafiə sənayesi komplekslərindən birinin kiçik dronlarla uğursuz hücumuna məruz qaldığını və onlardan birinin kompleksin hava hücumundan müdafiəsi tərəfindən vurulduğunu, digər ikisinin isə müdafiə tələsinə düşərək, partladığını açıqlayıb.
-
Qərbi Azərbaycanda 5,9 bal gücündə zəlzələ baş verib; 3 nəfər ölüb, 816 nəfər yaralanıb
Yan 29, 2023 10:52İranın şimal-qərbindəki Qərbi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələ baş verib, nəticədə azı 3 nəfər ölüb, 816 nəfər isə yaralanıb.
-
İran və Azərbaycan prezidentləri əlaqələrin dərinləşdirilməsini dəstəkləyiblər
Yan 29, 2023 08:32Yanvarın 28-də İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi azərbaycanlı həmkarına zəng edib.
-
Bakının Tehrandakı səfirliyinə hücumun motivi şəxsi olub
Yan 28, 2023 17:28İranın daxili işlər naziri Əhməd Vahidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş verənlərdən təəssüfləndiyini bildirib və deyib ki, Tehrandakı Bakı səfirliyinə hücumun motivi şəxsidir.
-
Aliməqamlı Rəhbər Tehranda daxili potensiallar sərgisini ziyarət edib
Yan 28, 2023 15:35İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei İran alimlərinin müxtəlif sənaye sahələrində əldə etdikləri nailiyyətlərin sərgisini ziyarət ediblər.
-
Rəisi Azərbaycan səfirliyi insidentinin hərtərəfli araşdırılmasını əmr edib
Yan 28, 2023 10:51İran İslam Respubklikası prezidenti Seyid İbrahim Rəisi qardaş və qonşu ölkə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib, məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.
-
İranlı tələbələr Azərbaycan səfirliyində insidentlə bağlı başsağlığı veriblər
Yan 28, 2023 10:40Tehran universitetlərinin bir qrup tələbəsi Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına toplaşaraq, bu ölkə xalqına başsağlığı veriblər.
-
Əmir Abdullahian Azərbaycan səfirliyində insident nəticəsində yaralananlara baş çəkib
Yan 28, 2023 07:44İranın xarici işlər naziri cümə günü axşam saatlarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində yaralanan azərbaycanlılara baş çəkib.
-
İranın Bakıdakı səfiri XİN-ə çağırılıb
Yan 27, 2023 18:17Bu gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
-
İran XİN və DİN Azərbaycan səfirliyindəki hadisəni araşdırıblar
Yan 27, 2023 14:28Əmir-Abdullahiyan və Əhməd Vəhidi Azərbaycan Respublikası səfirliyindəki hadisəni araşdırıblar