Yan 28, 2023 11:14 Asia/Baku
  • Əmir Abdullahian Azərbaycan səfirliyində insident nəticəsində yaralananlara baş çəkib

İranın xarici işlər naziri cümə günü axşam saatlarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində yaralanan azərbaycanlılara baş çəkib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian Tehranın şimalında yerləşən Təcriş Şəhidləri xəstəxanasında acı hadisənin qurbanlarını ziyarət edib və onların sağlamlıq vəziyyətini yoxlayıb. Əmir Abdullahiyanı Azərbaycanın səfiri Əli Əlizadə müşayiət edib.

Cümə günü səhər saatlarında silahlı şəxs Azərbaycan Respublikasının Səfirliyinə avtomatla basqın edib, nəticədə səfirliyin bir əməkdaşını öldürüb, iki nəfər isə yaralayıb.

İran rəsmiləri məsələni ciddi şəkildə təqib edir və hücum edən şəxs tutularaq dindirilir.

Teqlər