Ərbəin yürüyüşlərində 15 milyon zəvvar iştirak edib
Kərbəla Vilayət Şurası indiyə kimi Kərbəlaya 15 milyon zəvvarın gəldiyini qeyd edərək, zəvvarların sayının artmaqda olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Kərbəla Vilayət Şurasının katibi Məhfuz Təmimi deyib: Kərbəlaya gələn zəvvarlardan təqribən 4 milyonu xarici ölkə vətəndaşlarıdır və onların arasında İran vətəndaşları çoxluq təşkil edir.
O, daha sonra deyib: Kərbəla valiliyi Hüseyn zəvvarlarına xidmət istiqamətində bütün işçilərini səfərbər edib. Həmçinin, könüllülərdən də kömək alıb.
Kərbəla valisinin müavini Əli Məyali də bazar ertəsi günü deyib: Ərbəin mərasiminin təhlükəsizliyinin təmin edilməsi üçün 30 min təhlükəsizlik qüvvəsi səfərbər edilib. Zəvvarların daşınması üçün 21 min nəqliyyat vasitəsindən istifadə edilir və zəvvarlara xidmət etmək üçün 10 min çadır qurulub.
Bu məlumata görə, 8 min könüllü də idman və gənclər nazirliyi tərəfindən Hüseyn zəvvarlarına xidmət edir. Həmçinin, Ərbəin yürüyüşünü işıqlandırmaq üçün 104 xarici və 670 yerli reportyor işə cəlb olunub.
Bu gün 20 səfər 1440-cı hicri qəməri ili, 30 okytabr 2018-ci il şiələrin üçüncü imamı həzrət İmam Hüseyn(ə)-ın Kərbəlada şəhid olmasının qırxıncı günü, Ərbəinidir. Hər il milyonlarla insan Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya axın edir.