Bu gün İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i327294-bu_gün_İslam_peyğəmbərinin(s.ə.s)_vəfatı_və_İmam_həsən(ə)_ın_şəhadətinin_ildönümü_günüdür
İslam Peyğəmbəri həzrət Məhəmməd(s.ə.s)-in vəfatı və şiələrin ikinci imamı, İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günündə İranda matəm mərasimləri təşkil edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2018 05:35 Asia/Baku
  • Bu gün İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür

İslam Peyğəmbəri həzrət Məhəmməd(s.ə.s)-in vəfatı və şiələrin ikinci imamı, İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günündə İranda matəm mərasimləri təşkil edilib.

Bu gün 28 səfər 1440-ci hicri qəməri ili, 7 noyabr 2018-ci il İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günüdür.

Əziz İslam Peyğəmbəri(s.ə.s) hicrətin 11-ci ilində Mədinə şəhərində vəfat edib.

İmam Həsən(ə) da hicrətin 50-ci ilində, səfər ayının 28-də 47 yaşında Müaviyənin göstərişi ilə, həyat yoldaşı tərəfindən zəhərlənərək, şəhid edilir.

İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günündə Əhl Beyt(ə) aşiqləri İranın xüsusilə Məşhəd, Qum və Tehran şəhərlərində əzadarlıq mərasimləri təşkil ediblər.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı  İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı verir.