Noy 23, 2016 13:53 Asia/Baku
  • Miyanmada toqquşmalar artıb
    Miyanmada toqquşmalar artıb

Rəsmi Pekinin bildirdiyinə görə, Miyanmanın şimalında toqquşmaların kəskinləşməsinə görə 3 min miyanmalı Çinə qaçıb.

Mİyanmanın şimalında yerləşən sərhəd vilayətinin sakinləri deyirlər ki, ordu ilə 4 yaraqlı qrup arasında gedən ağır toqquşmalar onları öz evlərini tərk etmək məcburiyyətində qoyub. 

Miyanma dövləti dünən bildirib ki,  ötən günkü toqquşmalarda 10 nəfər ölüb, 33 nəfər yaralanıb. 

Toqquşmalarda ölənlərin 3 polis məmuru, 2 dövlət yaraqlısı və 5 mülki olduğu deyilir. 

Çin ordusu da hazır vəziyyətə gəlib. 

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qonq Şuanq deyib: Toqquşmalardan canlarını qurtarmaq üçün minlərlə adam sərhəddi keçib. 

Miyanmanın Raxin vilayətinin müsəlman sakinləri ötən illər ərzində repressiyalara mərzuz qalır və hökumət tərəfindən himayə edilən buddistlərin hücumunda çoxlu sayda müsəlman həlak edilmişdir. 

Miyanma dövləti ölkə əhalisinin 1.3 milyon nəfərini təşkil edən müsəlmanlara vətəndaşlıq hüququ nəzrdə tutmur. Ruhingiya müsəlmanları 1982-ci ildə qəbul edilən qanuna görə Miyanmanın vətəndaşlıq hüququndan məhrum ediliblər. 

Teqlər