Okt 01, 2017 12:56 Asia/Baku
  • Aşura günündə İslami İran Həzrət Əba Əbdillah Əl-Huseyn(ə)-ın matəminə qərq olub

Hüseyn(ə) Aşurasının gəlib çatması ilə bir zamanda bütün İslami İran şəhidlər ağası, Həzrət Əba Əbdillah Əl-Huseyn(ə)-ın matəminə qərq olub.

Bu gün muhərrəmulhəram ayının onu, şəhidlər ağası, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.

Aşura günü şiələr üçün 61-ci hicri qəməri ilində baş vermiş və Əba Əbdillah Əl-Huseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin şəhid olduğu İmam Hüseyn(ə)-ın doğru qiyamı mənasındadır.

İslami İranın matəmli xalqı bu gün Hüseyn(ə) Aşurası ilə bir zamanda məscid, hüseyniyyə və təkyələrə toplaşıb, sinəvurma və zəncirvurma dəstələri yaradaraq, növhəxanlıq edir və Əba Əbdillah Əl-Huseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin matəmində göz yaşları axıdır.

İmam Hüseyn(ə) qiyamının məqsədi, dinin bərpası olubdur ki, bu üzdən, bu günlərdə Aşura ziyarəti oxunur və İmam Hüseyn(ə)-ın günorta namazını camaat namazı kimi qıldığı 61-ci hicri qəməri ili Aşurasının xatirəsinə Aşura gününün günorta namazı camaat namazı kimi qılınır.

 

 

 

 

Teqlər