Hüseyn (ə) ərbəinin ildönümü günü
Bu gün 1439-cu hicri qəməri ili 20 səfər, 2017-ci il 9 noyabr dünya şiələrinin üçüncü imamı, şəhidlər sərvəri Həzrət İmam Hüseynin (ə) şəhid edilməsinin 40-cı gününün ildönümü günüdür.
Həzrət İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili 10 məhərrəmdə vəfalı sirdaşlarından bir qrupu ilə əsil Məhəmməd (s.ə.s) islamını qorumaq üçün Kərbəlada şəhid oldu.
Elə bununla əlaqədar İraqın müxtəlif bölgələrindən, xarici ölkələr, o cümlədən İslami İrandan milyonlarla zəvvar piyada və karvanlar və heyətlər çərçivəsində Hüseyn (ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəlaya yollanmaqdadır.
İslami İran xalqı ötən gecə şəhidlər sərvərinin şəhadətinin 40-cı gecəsinin ildönümü ilə əlaqədar hüseyniyyələr, məscidlər, dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) Məşhəd şəhərindəki pak ziyarətgahı və Qum şəhrində Həzrət Məsumənin (ə) pak ziyarətgahında əzadarlıq ediblər.
Növhələrin oxunması, sinə vurmaq, zəncir vurmaq və Həzrət İmam Hüseynin (ə) şəxsiyyəti və məqamı haqda çıxışlar etmək Hüseyn (ə) ərbəini gecəsi və günündə İslami İranın mömin xalqının önəmli proqramlarındandır.
İran İslam Respublikası Radio və Televiziyası Təşkilatı İmam Hüseyn (ə) ərbəini ilə bağlı bütün müsəlmanlar, xüsusilə də şiələr və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.