Fev 05, 2018 13:17 Asia/Baku
  • Fəcr ongünlüyü təqvimi- 16 bəhmən 1357-ci günəş ili
    Fəcr ongünlüyü təqvimi- 16 bəhmən 1357-ci günəş ili

1357-ci günəş ili, 1979-cu milad ilinin bu günündə, yəni İran İslam İnqilabının fəcr ongünlüyünün beşinci günündə, islami hökumətin təşkilində ilk real addım atıldı və müvəqqəti baş nazir İmam Xomeyni(r.ə)-in müvəqqəti iqamətgahı olan Ələvi mədrəsəsinin amfiteatrında sadə, lakin qəhrəmancasna bir mərasimin keçirilməsilə İran xalqına və dünyaya təqdim olundu.

1357-ci günəş ili, 1979-cu milad ilinin bu günündə, yəni İran İslam İnqilabının fəcr ongünlüyünün beşinci günündə, islami hökumətin təşkilində ilk real addım atıldı və müvəqqəti baş nazir İmam Xomeyni(r.ə)-in müvəqqəti iqamətgahı olan Ələvi mədrəsəsinin amfiteatrında sadə, lakin qəhrəmancasna bir mərasimin keçirilməsilə İran xalqına və dünyaya təqdim olundu.

16 bəhmən 1357-ci günəş ili

* Ələvi mədrəsəsinin amfiteatrında mühəndis Bazərqanın təqdimat mərasimi keçirildi və onun müvəqqəti dövlətinin baş nazirliyi hökmü rəsmən elan olundu. Mərasimin əvvəlində Həzrət İmam(r.ə.) bir bəyanatda ölkəyə hakim kəsilmiş qarışıqlığa toxunaraq, bu qarışıqlıqlara qalib gəlməyin vacibliyini vurğuladı. 

* O həzrət İmam Əli(ə)-ın ədalətinə işarə edərək, buyurdu: Biz belə bir ədalətli hökumət yaratmaq istəyirik.

* İmamın bəyanatından sonra İmam Xomeyni(r.ə)-in təsdiqi və İnqilab Şurasının əksəriyyət səsilə verilmiş baş nazirlik hökmü və fərmanı höccətulislam vəlmuslimin Rəfsəncani tərəfindən qiraət olundu.

* İmam, Bazərqanın baş nazirlik hökmündə ona, quruluşun İslam Respublikasına dəyişməsi referendumu, Əsas Qanunun qəbul olunması üçün məclisi müəssisan- xobreqan məclisini təşkil etməyi, yeni Əsas Qanuna uyğun şəkildə şura məclisi seçkilərini keçirməyi və partiya əlaqələrini nəzərə almadan nazirlər kabinetini təyin etməyi tapşırdı.

Mühəndis Mehdi Bazərqan sonra Həzrət İmam Xomeyni(r.ə)-in hüzuruna gələrək, baş nazirlik hökmünü aldı və sonra çıxış etdi.

* Həzrət İmam Xomeyni(r.ə.) mühəndis Bazərqanın çıxışından sonra etdiyi çıxışında xalqdan istədi ki, dinc aksiya və mətbuat vasitəsi ilə Bazərqanın dövləti barədə öz fikrini bildirsin.

* Bəxtiyar Bazərqanın müvəqqəti dövlətin başçısı təyin olunmasının ardınca dedi ki, İranda təkcə bir hökumət mövcud olacaqdır.

* Bazərqan Bəxtiyarın təhdidi ilə bağlı dedi: Bu təhdidlər, barəsində düşünə bilməkdən daha kiçik bir şeydir.

* Milli şura məclisinin 28 üzvü istefa verdi.

* Xalqın dini mərcələrindən olan Ayətullah Qolpayeqani Həzrət İmam(r.ə)-in vətənə geri dönməsi münasibətilə onu təbrik etdi və orduya ünvanladığı müraciətdə hərbi komandanlardan istədi ki, İslam İnqilabı ilə qarşıdurmadan çəkinsinlər.

* İnqilab Şurasının üzvləri, Ayətullah doktor Beheşti, Ayətullah Motəhərri və mühəndis Bazərqan ordu komandanları ilə ardıcıl əlaqələr saxlayaraq, ordunu qan tökülmədən xalqın müttəfiqi etməyə çalışırlar. Xalq çiçək, göz yaşları və şüar ilə hərbçiləri qarşılamağa gedir.

* Moskva radiosu Bazərqanın baş nazirliyinin elan olunması üçün öz proqramını kəsdi.

* Taym jurnalının yazdığına görə, Amerikanın İrandakı səfiri Salivan öz həmkarlarından istəyibdir ki, rejimin müxaliflərilə danışaraq, Amerikanın siyasətini onlar üçün şərh etsinlər.

* Ordu generallarından səkkiz nəfər "Kurtaj" adlı bir çevriliş planı barədə saatlarla müzakirədən sonra birləşdi.

Bu xüsusi təyinatlı qüvvələrin və Cavidan qvardiyası zabitlərinin mərkəzi olan Ləvizan qarnizonunda gizli əməliyyat qərargahı yaradılmışdı.

* Bu planın prinsipləri Tehrandakı inqilab mərkəzlərinin bombalanması, hərbçilər tərəfindən şəhərlərə nəzarət edilməsi, şah ilə müxalifət etməkdə məşhur olan şəxslərin edam edilmələri, radio və televiziyanın işğalı və sair idi. Öz planını birbaşa surətdə şah ilə müzakirə edə bilməyən bu qrup İranın Amerikadakı səfiri və şahın yeznəsi- Ərdəşir Zahidinin vasitəsilə əmin olmuşdu ki, şah onları müdafiə edəcək və Amerika da onlara arxa duracaqdır.

* Xalq gül, göz yaşları, çıxış və şüar ilə hərbçiləri psixoloji və emosional təzyiq altında qoymuşdu. İmam(r.ə.) də hərbçilərin şaha sədaqət andının batil olması fitvası ilə əsgərlərin qarnizonlardan qaçmalarına şərait yaratmışdı.

* Bu gündə şahənşahlıq ordusunda hərbi təlimlər keçməkdə olan sionistlər İranı tərk etdilər.

Teqlər