Fev 09, 2018 20:37 Asia/Baku
  • İslam İnqilabı; iman, cihad və şəhadət
    İslam İnqilabı; iman, cihad və şəhadət

İran İslam İnqilabı böyük bir dəyişikliyin başlanğıcıdır. Bu dəyişiklik cihad və şəhadət məktəbinə söykənməklə başlandı və çətinliklər dövründən keçməklə fədakarlıqlarla daha da möhkəmləndi.

İranın inqilabçı xalqı şahənşahlıq rejimi ilə mübarizə illərində elə bir müqavimət və məğlubedilməzlik ruhiyyəsi göstərdi ki, ən çətin işgəncələr, əziyyətlər, sürgünlər və edmalar bu xalqın imanına azacıq da olmuş-olsun belə xələl gətirə bilmədi.

İnqilabın qələbəsindən sonrakı bütün illərdə də inqilabın amalları üçün, həmçinin əziz İslamın və İranın başıucalığı yolunda canfəşanlıq və təhlükəqəbuletmə ruhiyyəsi həmişə bu xalq üçün möhkəm bir dayaq olubdur.

İran xalqı dərin inamla düzgün cihada söykənməklə səkkiz il qəbul etdirilmiş müharibədə elə bir düşmənin qarşısında dayandı ki, qüdrətlərin himayəsinə malik olaraq, ən modern silahlardan bəhrələnir və müharibə meydanında heç bir vəhşilikdən çəkinmirdi.

İranlı qəhrəmanlar həmin savaş meydanında cömərdcəsinə döyüş apardılar ki, müasir dövrdə misilsizdir və tarixdə yadigar qalacaqdır.

Əslində bu inqilab yüksək insani dəyərləri və ilahi imanı bərpa edərək, yüksək dini və insani dəyərlər və amallar yolunda müqavimət və şəhadət meyarı və ədalətə yanğılı olan xalqlar üçün azadlıq, ədalət və bərabərlik müraciətçisi ola bildi.

İslam İnqilabının fidanı yerli və dini mədəniyyət kökü ilə vətən torpağında boy atdı və sonralar minlərlə mədəni hərəkət bu fidanın suvarılması üçün zəmin yaratdı.

Elə buna görədir ki, 39 ilin keçməsilə hələ də inqilab cərəyanı zorakıların qarşısında coşur və İslam İnqilabı fidanı iri gövdəli bir ağaca çevrilibdir. Bu iri gövdəli ağacın kölgəsinin təravəti həmfikirli ölkələrin üzərinə də düşübdür və İslam dünyasının oyanışını islami və yerli təfəkkürlərə söykənməklə yaradıbdır. Ölkənin mədəni perspektivi, inqilabın müraciətinin xüsusən mədəni baxımdan dünyanın azadlıqsevər xalqlarına çatdırılmasıdır. Bu inqilabın dinamikliyi, təravəti, həmçinin dəyərlər və amallar üzərində qalması şübhəsiz, şəhadətsevərlik və cihad ruhiyyəsi və ikiqat səy hesabınadır ki, İslam İnqilabının mədəniyyəti və diskursuna çevrilibdir.

Teqlər