İyun 03, 2018 21:41 Asia/Baku
  • Ramazanın 19-na keçən gecə 1-ci qədr gecəsidir

Bu gecə, Mübarək Ramazan ayının birinci Qədr gecəsidir və bütün İran xalqı məscidlər və digər dini məkanlarda iştirak edərək, Qədr gecəsi mərasmini keçirəcək.

Mübarək Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecələri Qədr gecələridir və müsəlmanlar bu gecələrdə oyaq qalaraq, Quranı başları üzərinə qoyur, dua edir və Coşən Kəbir duasını oxumaqla Allah-Taala ilə razuniyaz edirlər.Qədr gecəsi elə bir gecədir ki, il boyu bir gecə onun fəzlilətinə çatmaz və onda əməl edilənlər, min ayda edilənlərdən daha yaxşıdır və onda ilin müqəddəratı həll olunur.

Həmçinin Mübarək Ramazan ayının on doqquzuncu günü, səhər tezdən Xəvaric dəstəsindən olan İbn Mulcəm Muradi şiələrin birinci imamı Həzrət İmam Əli(ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına endirdi. Şiələrin birinci imamı zərbətlənəndən sonra evdə yatırıldı və iki gün sonra, Mübarək Ramazan ayının iyirmi birində şəhid oldu.

 İranın mömin xalqı Qədr gecələrində məscidlər və digər dini məkanlarda, xüsusən Məşhəd şəhərində şiələrin səkkizinci imamı İmam Rza(ə)-ın pak hərəmi, Qum şəhərində Cəmkəran məscidi və Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahında olaraq, Qədr gecəsi mərasimlərini keçirir, eyni zamanda şiələrin birinci imamı həzrət əmirəlmöminin Əlinin(Ə) şəhadəti gecələrində o həzrətə matəm saxlayırlar. 

Teqlər