İyun 04, 2018 08:19 Asia/Baku
  • Bu gün imam Xomeyninin (rə) vəfatının ildönümü günüdür
    Bu gün imam Xomeyninin (rə) vəfatının ildönümü günüdür

Bu gün 14 xordad 1397-cı günəş ili, 19 Ramazan 1439-cu hicri qəməri ili və 4 iyun 2018-ci milad ili İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 29-cu ildönümüdür.

29 il öncə məhz belə bir gündə İran İslam İnqilabının dahi rəhbəri Ruhullah Musəvi Xomeyni (rə) 87 il yorulmaz və çalışqanlı ömür sürdükdən sonra dünyaya gözlərini yumdu və Allah-taalanın görüşünə tələsdi. 

İmam Xomeyni (rə) 1342-ci günəş ilindən (1963-cü ildən)  müstəbid şah rejimi və ABŞ-ın İrandakı müdaxiləsi ilə mübarizəyə başladı və sonda şah rejimi tərəfindən Türkiyə və sonra isə İraqa sürgün olundu. 

İmam Xomeyni (rə) 13 il İraqda sürgündə olduğu müddətdə çoxlu şagird yetişdirməkdən əlavə, şah rejiminin mənfur mahiyyəti və ABŞ-ın İrandakı qeyri-qanuni tamahkarlıqlarının ifşası ilə məşğul oldu. Və açıq-aydın elanlar verməklə İslam İnqilabının qələbəsinə şərait yaratdı. 

Sonda mübarizənin güclənməsi və İmamın Fransaya köçməsi, sonradan İrana əzəmətli qayıdışı ilə İran İslam İnqilabı 1357-ci günəş ilində son qələbəyə çatdı. 

İslam İnqilabının qələbəsindən sonra supergüclər, inqilabın daxili və xarici düşmənlərinin məkrli planları, o cümlədən İraqın Bəəs rejiminin İran əleyhinə elan olunmamış müharibəsinə görə, İmam Xomeyni (rə) həmin ağır və çətin şəraitdə İran xalqına şücaətlə və mətinliklə rəhbərlik etdi. 

Bununla əlaqədar onun pak məqbərəsində hər il İran və dünyanın müxtəlif ölkələrindən vətəndaşların geniş iştirakı və İslam İnqilabının Böyük Rəhbərinin çıxışı ilə xüsusi vəfat mərasimi keçirilir. 

Teqlər