Sen 20, 2018 08:22 Asia/Baku
  • Bu gün Hüseyn(ə) Aşurası günüdür

Bu gün cümə axşamı 1440-ci hicri qəməri ili məhərrəm ayının 10-u, Hüseyn Aşurası günüdür.

Məhərrəm ayının onu şiələrin üçüncü imamı həzrət Hüseyn(ə)-ın hicrətin 61-ci ilində məhərrəm ayının onunda 57 yaşında Kərbəlada şəhid olub. 

İmam Hüseyn(ə) Məkkədən Kərbəlaya yola düşdüyü andan Kərbəlada şəhid olduğu ana kimi belə deyərdi: Mənim məqsədim Yezidin anti-İslam hökumətini rüsvay etmək, əmr be məruf və nəhy əz münkər (yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək), zülm və zorakılıq qarşısında dayanmaqdır və Quran-Kərimi himayə etmək və həqiqi Məhəmməd İslamını qorumaqdan başqa məqsədim yoxdur.

Bu, Allah Talanın İmam Hüseynə(ə) tapşırıq verdiyi missiya idi və bu missiyanı yerinə yetirmək üçün Aşura günü sədaqətli tərəfdarları ilə günorta namazını qıldıqdan sonra yezidlərin əlində şəhid oldu.

İranın mömin əhalisi məhərrəm ayı günlərində xüsusilə Tasua və Aşura axşamı və günündə hüseyniyələr və məscidlərə axın və əzadarlıq edirlər. 

Növhə oxumaq, sinə və zəncir vurmaq, İmam Hüseynin(ə) məqamına dair çıxışlar etmək, həzrət Əbülfəzl Abbasın(ə) şənindən bəhs etmək İran xalqının Tasua və Aşura axamları və günlərinə olan əsas proqramlarıdır. 

İran İslam Respublikasının Teleradio Təşkilatı Aşura günü və İmam Hüseynin(ə) şəhid olması münasibətilə dünya şiələrinə başsağlığı verir. 

Teqlər