Apr 02, 2019 20:30 Asia/Baku
  • Məbəs bayramı mübarək
    Məbəs bayramı mübarək

Sabah rəcəb ayının 27-si, Həzrət Məhəmmədin(s.ə.s) peyğəmbərliyə seçildiyi gün, Məbəs bayramıdır.

İslam Dünyası ilə yanaşı olaraq İranda da Məbəs bayramı axşamında şənlik mərasimləri keçirilir.

İslami İran xalqı 27 rəcəbdə şadlıq mərasimləri keçirir, şiriniyyat paylayır və beləliklə islam peyğəmbərinin(s.ə) məbus olduğu günü qeyd edir. 

Məbəs bayramının gəlib çatması münasibəti ilə Məşhəd şəhərində, İmam Rza(ə)-ın məqbərəsində həmçinin, Qum şəhərində bayram tədbirləri keçirilib.

Məbəs bayramı Həzrət Məhəmməd(s.ə.s)-in Allah tərəfindən peyğəmbərliyə seçildiyi gündür.

Məbəs insanlığı şirk, ədalətsizlik, ayrıseçkilik, cəhalət və pozğunluqdan tövhid, mənəviyyat, ədalət və kəramətə doğru aparan yolun başlanğıcı idi.

İran İslam Respublikası Radio və Televoziya Təşkilatı adından bu əziz gün münasibəti ilə sizləri təbrik edirik. Məbəs bayramınız mübarək olsun.

Teqlər