Avq 31, 2019 06:44 Asia/Baku
  • Rəzəvi hərəminin günbəzinin bayrağı əvəz olunub
    Rəzəvi hərəminin günbəzinin bayrağı əvəz olunub

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Husəyn(ə)-ın əzadarlıq günlərinin başlanması ilə Məşhəd şəhərində İmam Rza(ə)-ın pak hərəminin günbəzinin yaşıl bayrağı pak zirehin və güldəstələrin örtükləri ilə yanaşı bir mərasimdə əvəz olundu və əza nişanəsi kimi qara bayraq və örtüklə dəyişdirildi.

Bu bayraq İmam Rza(ə)-ın şəhadətindən üç gün sonraya, yəni rəbiuləvvəl ayının üçünə, noyabrın birinədək nurlu Rəzəvi ziyarətgahınını üzərində dalğalanacaqdır.

Bu mərasim hər il məhərrəm ayının və İmam Husəyn(ə) əzadarlığı üzrə xüsusi tədbirlərin başlanmasının elan olunmasının nişanəsi kimi pak Rəzəvi hərəmində keçirilir.

Dünən axşamçağı keçirilən mərasimdə İmam Rza(ə) ziyarətgahının xüddamları, dini heyətlər və zəvvarlar iştirak ediblər.

 

Teqlər