May 09, 2020 01:02 Asia/Baku
  • Bu gün İmam Həsənin(ə) mövlud gündür

Bu gün ramazan ayının 15-i şiələrin ikinci imamı həzrət İmam Həsən Müctəbanın(ə) mövlud gündür.

İmam Həsən Müctəba(ə) hicrətin üçüncü ilində, ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açdı. O, İmam Əli(ə) və həzrət Fatimənin(s) ilk övladı habelə, həzrət Məhəmməd Mustafanın(s.ə.s) ilk nəvəsi idi.

İmam Həsən(ə) ömrünün 7 ilini babası həzrət Məhəmməd Mustafanın(s.ə.s) kənarında keçirib. Babasından sonra 30 il müddətinə atası İmam Əlinin(ə) kənarında öz istedadları və bacarıqlarını inkişaf etdirib.

İranın Teleradio Təşkilatı İmam Həsən Müctəbanın(ə) mövludu günü münasibətilə dünya müsəlmanlarını və Əhl Beyt(ə) sevərləri təbrik edir.

Teqlər