Tehranda 7 tir terror partlayışının ildönümü
Bu gün, 1399-cu günəş ili tir ayının yeddisi, 2020-ci il iyunun 27-si, Tehranda İran İslam Respublikası Partiyasının keçmiş ofisindəki terror partlayışının 40-cı ildönümü günüdür.
SəhərAzəri xəbər verir, 1981-ci ilin iyun ayının 27-də Tehranda İran İslam Respublikası Partiyasının akt salonunda güclü bombanın partlaması nəticəsində ölkənin ali məhkəməsinin sədri Ayətullah Mohəmməd Hoseyni Beheşti İranın 72 siyasi və dini şəxsiyyəti- dörd nazir, 12 nazir müavini və təqribən 30 parlament üzvü ilə yanaşı terrorçu münafiqlər qaragüruhunun ünsürləri tərəfindən şəhid edildi.
7 tir terror əməliyyatı terrorçu münafiqlər qaragüruhunun İran İslam İnqilabının qələbəsindən sonrakı ilkin illərdə törətdiyi cinayətlərin təkcə biridir. Bu terror əməliyyatı Tehrandakı Əbazər məscidində Həzrət Ayətullahuluzma Xameneiyə qarşı sui-qəsdən düz bir gün sonra həyata keçirildi.
1981 və 1987-ci illərin iyun ayalarında Amerikanın himayəsilə İranda terror faciələri baş verdi ki, İslam İnqilabının Böyük Rəhbərinin tövsiyəsilə «Amerikan insan haqlarının ifşası» həftəsi təyin edildi.
İraqın bəəs rejimi tərəfindən Sərdəştin kimyəvi bombardmanına dəstək və 290 sərnişinin həyatına son qoyan Amerikanın hərbi gəmisi tərəfindən İranın sərnişin təyyarəsinə birbaşa raketin atılması Amerikanın İrana qarşı insan haqlarına zidd hərəkələrindəndir.
Amerikanın İraqa hücumundan və Səddam rejiminin süqut etməsindən sonra da terrorçu münafiqlər qaragüruhunun ünsürləri Amerikanın və Avropanın himayəsi altında qalmaqda davam edirlər.