Bu gün İmam Səccad(ə)-ın şəhadətinin ildönüm günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i367229-bu_gün_İmam_səccad(ə)_ın_şəhadətinin_ildönüm_günüdür
İmam Səccad(ə)-ın şəhadəti axşamında İran, xüsusilə də müqəddəs şəhərlər matəmə qərq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2020 03:11 Asia/Baku
  • Bu gün İmam Səccad(ə)-ın şəhadətinin ildönüm günüdür

İmam Səccad(ə)-ın şəhadəti axşamında İran, xüsusilə də müqəddəs şəhərlər matəmə qərq olub.

Səhər Azəri bildirir ki, Əhli-Beyt(ə) aşiqləri Kərbəla yadigarının qəmində göz yaşı axıdıb, matəm saxlayıblar. 

Məhərrəm ayının 25-i bəzi rəvayətlərə görə İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günüdür. 

Həzrət Əli İbn Hüseyn(ə) Kərbəla hadisəsindən təqribən 35 il sonra 57 yaşında Xəlifə Hişam tərəfindən zəhərlənərək şəhid edilir. O həzrətin pak cənazəsi Bəqi qəbirsanlığında İmam Həsən(ə)-ın məzarının kınarında dəfn olunub. 

O həzrətin şəhadətinin ildönümü axşamında İranın Məşhəd və Qum kimi müqəddəs şəhərlərində matəm mərasimləri təşkil edilib, insanlar o həzrətin qəmində göz yaşları axıdıblar.