Sen 23, 2020 16:50 Asia/Baku
  • Həzrət Ruqəyyə(s.ə) üçün əzadarlıq edildi

Həzrət Ruqəyyə(s.ə)-nın ürəkyandıran şəhadətinin ildönümü günündə Əhli-Beyt(ə) vurğunlarından bir qrupunun iştirakı ilə o həzrətin ziyarətgahının kənarında əzadarlıq mərasimi keçirilib.

Səhər Azəri bildirir ki, İmam Hüseyn(ə)-ın üçyaşlı qızı- Həzrət Ruqəyyə(s.ə)-nın şəhadətinin ildönümü günündə o həzrətin pak hərəmi vilayət davamçılarını qarşılayır.

Əzadarlı mərasimi iştirakçılarından biri deyir: Həzrət Ruqəyyə(s.ə)-nın şəhadəti günündə bildirirəm ki, Əhli-Beyt(ə) bayrağı həmişə dalğalanacaq və haqq yolunda addımlamaqda davam edəcəyik!

COVID-19 xəstəliyindən irəli gələn xüsusi şəraitə rəğmən, çox sayda islami ölkədən, xüsusən İrandan gələn əzadarlara pak hərəmdə iştirak qismət olubdur ki, Əba Əbdillah Əl-Husəyn(ə)-ın dürdanəsinin ürəkyandıran qəmində matəm saxlamış olsunlar.

Bir başqa mərasim iştirakçısı deyir: Mən Bəhreyndən gəlmişəm çox sayda əzadarla yanaşı elan edək ki, həmişə məzlumun köməyinə çatacaq və zalımın zülmü qarşısında dayanacağıq.

Şam viranələrində Həzrət Ruqəyyə(s.ə.) başını atasının kəsilmiş başı üzərinə qoyub, göylərə qanad çaldı.

Bu üçyaşlı uşağın gecəyarısı etdiyi nalələr dövrünün imamını müdafiə edən 18 yaşlı gənc qızın fəryadı kimi idi. Məhz bu fəryad İslam məktəbini və qızılı Hüseyni hərəkatını yaşatdı, yezidilərin saraylarını isə başlarına uçurdu.

Teqlər