Dek 28, 2020 09:09 Asia/Baku
  • Həzrət Fatimeyi-Zəhranın(s.ə) şəhadətinin ildönümü münasibətilə başsağlığı veririk

Bu gün bazar ertəsi 1442-ci hicri qəməri ili Cəmadiül-Əvvəl ayının 13-ü, 2020-ci milad ili dekabrın 28-i bir rəvayətə əsasən, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qızı və dünya şiələrinin birinci imamı Həzrət Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri bildirir ki, Hər il İslami İranda belə bir gündə Əhli-Beyt (ə) vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin müqəddəs Məşhəd şəhərində dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak hərəmi, Qum şəhərində isə Həzrət Məsumənin (s.ə) ziyarətgahında toplaşaraq, peyğəmbərin əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) məzlumluqla şəhadətinin ildönümü mərasimlərində iştirak edirdilər. Lakin bu il koronavirus səbəbindən bu mərasimlər virtual formatda keçiriləcək.

Həzrət Fatimə(s.ə) Besətin 5-ci ilində, Cəmadiüs-Sani ayının 20-də Məkkə şəhərində dünyaya göz açdı.

Həzrət Fatimə Zəhra (s.ə) uşaqlıqdan atası Həzrət Məhəmmədin (s.ə.s) istiqamətləndirməsi ilə ilahi maariflə tanış oldu. O Həzrət ilahi elmlərin mənbəyindən hədsiz bəhrələnən Allah dərgahının seçilmiş bəndələrindən idi.

Həzrət Fatimeyi-Zəhra (s.ə.) həyatı boyu səxavət, fədakarlıq, güzəşt, qənaət, səbir, şücaət, Allaha ibadət, və tabe olanlara yardım etmək kimi dəyərləri olduqca ən gözəl bir şəkildə cilvələndirdi və İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi möhtəşəm və tarix yazan insanlar yetişdirdi.

Həzrət Fatimimeyi-Zəhra (s.ə) 18 il ömür sürdükdən sonra dövrün hakimlərinin çoxlu zülmləri və atası Həzrət Məhəmmədin (s.ə.s) vəfatının qəm-kədəri nəticəsində 11-ci hicri qəməri ili bir rəvayətə görə, 13 Cəmadiül-Əvvəldə, başqa rəvayətə görə isə, 3 Cəmadiüs-Sanidə şəhid edildi. 

İranın Teleradio Təşkilatı olaraq, xanım Fatimeyi-Zəhranın (s.ə) bir rəvayətə əsasən, şəhadətinin ildönümü münasibəti ilə bütün dünya müsəlmanlarına və azadlıqsevərlərə başsağlığı veririk.

Teqlər