9 dey qəhrəmanlığı- Ümmətin vilayət ilə əhd-peymanı və sayıqlığı günü mübarək olsun!
Bu gün, dekabrın 29-u, İranın qəhrəmanlıqyaradan, vilayətyönümlü xalqının 1388-ci günəş ili 9 dey yürüşündəki aşuracasına iştirakının ildönümünə təsadüf edir.
SəhərAzəri xəbər verir, Həmin gün inqilab tarixində bir dönüş nöqtəsi və İslami İran xalqının iftixarlarında digər bir qızılı vərəq sayılır.
2009-cu il dekabrın otuzu İran xalqının, cəmiyyətin quruluşunu pozan ünsürlərin rədd olunamalarının bəyan edilməsi və İranda onuncu prezident seçkilərində saxtakarlıq bəhanəsi ilə yanlış yolu seçmiş ftnəkar ünsürlərə qətiyyətli cavab istiqamətindəki milyonluq yürüşünü xatırladır.
9 dey qəhrəmanlığı İslamın prinsipləri və inqilabın amallarını qorumaq uğrunda canından keçən və uca səslə «əgər düşmən onların dini qarşısında dayanarsa, onların bütün dünyası qarşısında dayanacaqdır!» deyən xalqın sayıqlığı, istiqlaliyyəti və başıucalıq simvoludur.
9 dey İslam İnqilabı tarixində sayıqlıq günü kimi ilahi və unudulmaz bir günə çevrildi. Bu unudulmaz gündə İslami İranın həmişə səhnədə olan xalqı başqa bir qəhrəmanlıq yazıb, yaratdı; Allahın və öz dininin düşmənlərini məyus və ümidsiz edərək, İmam Zaman(əc)-in və onun haqlı naibi Həzrət Ayətullahuluzma Xamenei(damət bərəkatuh)-un qəlblərini şad etdi.