Yan 01, 2021 07:32 Asia/Baku
  • Yeni milad ili münasibətilə təbrik

Bu gün, cümə, 2021-ci il yanvar ayının biri, yeni milad ilinin başlanğıc günüdür.

SəhərAzəri bildirir ki, İran İslam Respublikasının TeleRadio Təşkilatı bütün dünya xristianlarını, xüsusilə İran xristianlarını yeni milad ili münasibətilə təbrik edərək, bütün dünya üçün sülh, ədalət, asayiş və bərəkətli il arzu edir.

İran İslam Respublikasının prezidenti- Həsən Ruhani və İranın digər rəsmi şəxsləri son günlər xristian ölkələrinin xalqları, rəsmiləri və dövlət başçılarına müraciətlərində yeni milad ili münasibətilə onları təbrik edərək, hamıya, xüsusilə xristianlara sevinc, sağlamlıq və sülh arzu ediblər.

Həzrət İsa Məsih(ə) Qurani-Kərimdə çox hörmətlə yad edilən böyük ilahi peyğəmbərlərdən biridir.

Qurani-Kərim bir çox ayədə Həzrət İsa Məsih(ə)-ə kitab və şəriət sahibi olan Ululəzm peyğəmbərlərindən biri kimi işarə edir.

Teqlər