İyun 22, 2021 07:32 Asia/Baku
  • Bu gün İmam Rzanın(ə) viladətinin ildönümü günüdür

Bu gün 1 tir 1400-cü günəş ili, 11 zilqədə 1442-ci hicri qəməri ili və 22 avqust 2021-cı milad ili dünya şiələrinin 8-ci imamı Həzrət İmam Əli ibn Musər-Rzanın (ə) səadətli viladətinin ildönümü gününə təsadüf edir.

Bu gün 1 tir 1400-cü gnəş ili, 11 zilqədə 1442-ci hicri qəməri ili və 22 avqust 2021-cı milad ili dünya şiələrinin 8-ci imamı Həzrət İmam Əli ibn Musər-Rzanın (ə) səadətli viladətinin ildönümü gününə təsadüf edir.

148-ci hicri qəməri ili zilqədənin 11-də əziz islam peyğəmbərinin pak Əhli-Beytindən və şiələrin 8-ci imamı Həzrət İmam Əli ibn Musər-Rza (ə) Mədinə şəhərində dünyaya göz açdı.

İmam Rza(ə) 183-cü hicri qəməri ilində əziz atası Həzrət İmam Musa Kazımın (ə) şəhid olmasından sonra islam cəmiyyətinin rəhbərliyini üzərinə götürdü. O öz dövründə ən alim insan idi. 

İmam Rzanın(ə) həyatı və imaməti dövrü, xalqın əhli-beytə(ə) diqqətinin artması və əhli-beytin(ə) xalq bazasının güclənməsi dövrü idi.  

SəhərAzəri televiziya kanalı şiələrin 8-ci imamı Həzrət İmam Rzanın(ə) viladətinin ildönümü günü münsibəti ilə bütün dünya müsəlmanlarını təbrik edir. 

Teqlər