İyul 12, 2021 20:13 Asia/Baku
  • Zilhəccə ayının 1-i - Həzrət Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlilik günüdür

Bu mübarək gündə Həzrət Əli (ə) ilə dünyanın ən üstün xanımı Həzrət Fatimə (s.ə) ilə ailə qurdu və Allah öz ən üstün Rəsulunu (s) bu nikaha şahid tutmuşdu.

SəhərAzəri-nin məlumatına əsasən, Zil-Həccə Ayının birinci günü şiə tarixində misilsiz bir nümunə olan İslam dünyasının ən gözəl səmavi birliyinin ildönümünə təsadüf edir. Bu iki şəxsiyyətin evliliyinin bərəkəti günəşin şüalarından çoxdur və onların adı həmişəlik olaraq, tarixdə qalacaq.

İranda Həzrət Fatimə (s.ə) və Həzrət Əlinin (ə) mübarək evliliyinin ildönümü "İzdivac günü" olaraq, qeyd olunur. Həzrət İmam Əli (ə) və Həzrət Fatimeyi-Zəhranın (ə) ailə həyatı bu gün də yeni evlənən gənclər üçün ən gözəl nümunədir. 

Teqlər