İmam Musa Kazim(ə)-ın mövlud günü mübarək!
Bu gün, 1442-ci hicri qəməri ili zilhəccə ayının 20-si və 2021-ci il iyulun otuz biri, dünya şiələrinin yeddinci imamı Həzrət İmam Musa Kazim(ə)-ın səadətli mövludunun ildönümü günüdür.
SəhərAzəri İmam Musa Kazim(ə) 128-ci hicri qəməri ili zilhəccə ayının 20-də Məkkə ilə Mədinə arasında yerləşən Əbva kəndində dünyaya göz açdı.
O həzrət möhtərəm atası- dünya şiələrinin altıncı imamı Həzrət İmam Cəfər Sadiq(ə)-ın şəhadətindən sonra müsəlmanlara rəhbərlik məsuliyyətini üzərinə götürdü.
İmam Musa Kazim(ə) elm, təvazökarlıq, çoxlu sədəqəvermə, səxavət və mərhəmətdə xas bir şöhrətə malik olub. Dünya şiələrinin yeddinci imamı ona pislik etmiş kəslər qarşısında mərhəmətli, mehriban və son dərəcə səbirli olduğuna görə, xalq arasında «Kazim» ləqəbini almışdı.
Şiələrin yeddinci imamı, möhtərəm atası- İmam Cəfər Sadiq(ə)-ın ənənələrini bərpa etmək, əhkam, hədis və rəvayətləri toplamaq, eləcə də şiələrə təlim keçib, onları istiqamətləndirməklə, şiələrin altıncı imamının təlimləri və mübarizələri ilə qaydaya salınaraq, möhkəmlənmiş əsl İslamı gücləndirdi.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.
İMAM MUSA KAZİM(Ə)-IN MÖVLUD GÜNÜ MÜBARƏK!