Sabah İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür
Sabah, 1443-cu hicri qəməri ili rəcəb ayının üçü, 2022-ci milad ili fevralın beşi, dünya şiələrinin on birinci imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət İmam Əli Əl-Nəqi(ə) 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında dünyaya göz açıb. O həzrət möhtərəm atası, İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapıbdır.
O həzrət möhtərəm atasının şəhadətindən sonra islami cəmiyyətin rəhbərliyi və imamətini üzərinə götürüb.
Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadi, "hidayət edən" deməkdir.
İmam Hadi(ə) əsl İslam-ın nurlu simasının təqdimində çox səy göstəribdir.
O həzrət müxtəlif dini və fikri məsələlər barədə bəhs üçün bir çox yığıncaqlar keçirib və bu yığıncaqlarda verilən suallar və irəli sürülən şübhələri cavablandırıbdır.
Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elmi və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı böyük cazibədarlığı və hörməti, Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb olurdu və nəhayət, onlar bir fitnə ilə o həzrəti şəhid etdilər.
Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı veririk.