Fev 27, 2022 14:44 Asia/Baku
  • Bu gün İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günüdür

Bu gün 1443-cü hicri qəməri ili ili Rəcəb ayının 25-i, 2022-ci il fevralın 27-si şiələrin yeddinci imamı Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Musa Kazim (ə) bir çox alimin iştirak etdiyi möhtərəm atası Həzrət İmam Cəfər Sadiqin (ə) böyük elmi məktəbində iştirak edib, atasının fəzilətlərindən bəhrələnərək, pəhrizkarlıq, müqavimət, şücaət və ədalətsevərlik kimi yüksək əxlaqi xüsutiyyətlərdə böyük bir meyar və nümunə oldu.

İmam Musa Kazim (ə) təqribən 35 il müsəlmanlara imamətlik etdi və həmin illərin uzun bir müddətini həbs və sürgündə keçirdi.

Xalqın Həzrət İmam Musa Kazimin (ə) elm və fəzilətinin sonsuz ümmanından bəhrələnməsini istəməyən o zamanın hökmranı, Abbasi xəlifələrindən olan Harun Ərrəşid bir fitnə ilə o həzrəti zindanda zəhərlədi və o həzrət 183-cü hicri qəməri ilində 55 yaşında şəhid oldu.

İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və o həzrətin əzadarlarına başsağlığı veririk.

Teqlər