İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı
https://azeri.sahartv.ir/news/münasibət-i389520-İmam_cəfər_sadiq(ə)_ın_şəhadətinin_ildönümü_günü_münasibətilə_başsağlığı
Bu gün, 2022-ci il mayın 27-si, 1443-cü hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 27, 2022 09:13 Asia/Baku
  • İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı

Bu gün, 2022-ci il mayın 27-si, 1443-cü hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı- İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Cəfər Sadiq(ə) öz mübarək həyatı boyunca böyük elmi-mədəni hərəkata başlaya və şiə məktəbinin elmi əsaslarını möhkəmlədə bildi.

Dağıdıcı və anti-İslam təfəkkürlərin əsl İslam yolunda böyük bir təhlükə olduğu dövranda İmam Cəfər Sadiq(ə) öz elmi mübarizələri ilə anti-İslam təfəkkürlərin yayılmasına mane oldu.

O həzrət şiə məktəbinin yaradılması yolunda və dini aqillik və İslam həqiqətinin dayaqları əsasında böyük bir hərəkatın əsasını qoymaq üçün bir çox məşəqqətlərə dözdü.

İmam Cəfər Sadiq(ə)-ın dəlillər və məntiq qüdrəti ilə apardığı söhbət və debatları, həmçinin dini şübhələrə cavab verməsi, şiə məktəbinin canlanmasında çox mühüm rola malik olubdur.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin altıncı imamı-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara başsağlığı verir.