İyun 01, 2022 11:17 Asia/Baku
  • Bu gün həzrət Məsumənin(s) mövlud günüdür

Bu gün 1443-cü hicri qəməri ili zil-qədə ayının biri şiələrin 8-ci imamı həzrət imam Rzanın (ə) bacısı və 7-ci imamımız həzrət imam Musa Kazimin (ə) əziz qızı həzrəti Fatimeyi Məsumənin (s) viladətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Fatimeyi Məsumə (s) Hicrətin 173-cü ili Zilqədə ayının birində Mədinə şəhərində dünyaya göz açdı.

İslami İranda Həzrət Fatimeyi Məsumənin (s) mövlud günü Qızlar Günü adlandırılıb.

İsmət və paklıq Əhli-Beytinin (ə) kəriməsi Həzrət Fatimeyi Məsumənin (s) viladəti günündə İslami İran şadlıq və sevinc içindədir və insanlar o, həzrətin Qum şəhərindəki məqbərəsi, Cəmkəran məscidi və digər məscid və hüseyniyələrdə şənlik mərasimləri təşkil edirlər. 

Bu gündən iyunun 11-dək dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın (ə) mövludunun ildönümü gününədək olan müddət İranda "Kəramət Ongünlüyü" adlandırılıb.

Həzrət Fatimeyi-Məsumənın (s) mövludu gününün gəlib çatması münasibətilə bütün Əhli-Beyti (ə) sevərləri təbrik edirik.

Teqlər