İyul 09, 2022 19:49 Asia/Baku
  • Qurban bayramı mübarək olsun!

Sabah, 1443-cü hicri qəməri ili zihəccə ayının 10-u 2022-ci milad ili iyulun 10-u, müsəlmanların ən böyük bayramlarından olan Qurban bayramıdır.

SəhərAzəri - Qurban bayramında Allah Evini ziyarət etməyə getmiş hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurban kəsərək, böyük ilahi peyğəmbər, Həzrət İbrahimın (ə) xatirəsini yaşadır və əziz tuturlar.

Allah-Taala imanı və sədaqətini sınamaq üçün Həzrət İbrahimə(ə) tapşırıq verir ki, oğlu Həzrət İsmaili(ə) Allahın yolunda qurban etsin. Həzrət İbrahim(ə) bu işin çətinliyinə rəğmən, ilahi fərmana boyun əyir və bu tapşırığı yerinə yetirməyə hazırlaşır, amma hər nə qədər səy edirsə, bıçaq oğlu Həzrət İsmailın (ə) boğazını kəsmir. Bu zaman Həzrət İbrahimə(ə) xitab olunur ki, ilahi imtahandan başıuca çıxdın. Elə bu anda bir qoyun göndərilir ki, o, bu qoyunu Həzrət İsmailın (ə) yerinə qurbanlıq etsin.

Bu ibrətamiz macəra fədakarlıq dərsi, nəfs üzərində qələbə və Allahın fərmanı qarşısında təslim olmaq deməkdir. Buna görə, dünya müsəlmanları da zihəccənin onunu böyük və əzəmətli islami bir bayram kimi əziz tutur və ondan sadiqlik və bəndəlik dərsini öyrənirlər.

Bəzi müsəlman ölkələrində o cümlədən Azərbaycan Respublikası və Türkiyədə iyulun 9-unda Qurban bayramı qeyd olundu.

İran İslam Respublikasında isə iyulun 10-u zil-həccənin 10-na təsadüf edir və bazar günü Qurban bayramıdır.

SəhərAzəri Telekanalı bu böyük bayram münasibəti ilə bütün islam dünyasını xüsusiylə Azərbayan Respublikasının müsəlman xalqını təbrik edir.  

zil-həccənin 10-una təsadüf etdiyinə görə İran İslam Respublikasının TeleRadio Təşkilatı səadətli Qurban bayramının gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər