Bu gün Aşura günüdür
Bu gün 1444-cü hicri qəməri ili, 10 Məhərrəm İmam Hüseynin (ə) və o həzrətin 72 vəfalı köməkçisinin şəhid edildiyi gündür.
Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid oldular.
Həzrət İmam Hüseyn (ə) Kərbəla hadisəsində açıq şəkildə vurğuladı ki, mənim hərəkətimdə məqsəd Yezidin islalama qarşı hökumətini rüsvay etmək, yaxşılara çağırmaq və pisliklərdən çəkindirmək ənənəsini bərpa etmək, zülm qarşısında dayanmaqdır.
Aşura günlərində Hüseyn əzadarları İslami İranın hər yerində xüsusi matəm mərasimləri keçirərək, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) və onun vəfalı köməkçilərinin, o cümlədən o, Həzrətin əziz qardaşı Həzrət Əbülfəzlil-Abbasın (ə) şəhadətinin matəmində əza saxlayırlar.
Səhərazəri telekanalı İmam Hüseynin (ə) Aşurasını bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə və dünyanın azadlıqsevər insanlarına baş sağlığı verir.