Avq 10, 2022 14:23 Asia/Baku
  • İmam Səccadın (ə) şəhadəti
    İmam Səccadın (ə) şəhadəti

Bu gün 1444-cü hicri qəməri ili Məhərrəm ayının 12-ci Həzrəti Peyğəmbərin (s.ə.s) övladlarından olan İmam Hüseynin (ə) oğlu, Səccad ləqəbi ilə tanınan İmam Zeynəlabidinin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, Şiələrin dördüncü imamı, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ili Şəban ayının 5-də dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il əziz babası Həzrət Əlinin (ə) imamət və hakimiyyət illərini görmüş və 23 il müddətində İmam Hüseynin (ə) elm mənbəyindən bəhrələnmişdi.

Şiələrinin dördüncü imamı hər bir suala dəqiq cavab verməsi, həmçinin hədsiz ibadət və dualar səbəbindən ibadət ednlərin sərvəri və və zinəti ləqəbini alıbdır. 

İmam Səccad (ə) dua və nitq dilindən istifadə edərə, insanları hidayət edirdi və onun epistemoloji düşüncələrinin nəticələri "Səhifə Səccadiyyə" kitabında toplanmışdır.

Nəhayət imam Səccad (ə) 95-ci hicri qəməri ilində Mədinə şəhərində Xəlifə Hişam İbn Əbdülməlik tərəfindən zəhərlənərək şəhid edildi. O həzrətin pak cənazəsi Bəqi qəbirsanlığında dəfn olunub. 

İmam Səccadın (ə) şəhadətinin ildönümü günündə İslami İran hüzn və matəm içindədir. 

Səhər Azəri kanalı isə həmin münasibətlə bütün şiələri və azadlıqsevər insanları, o cümlədən müsəlman və şiə azərbaycanlı bacı və qardaşlarımıza baş sağlığı verir.