Avq 23, 2022 13:52 Asia/Baku
  • Bu gün İmam Səccadın (ə) şəhadətinin ildönüm günüdür

Bu gün 1444-cü hicri qəməri ili Məhərrəm ayının 25-i bir rəvayətə görə, şiələrin dördüncü İmamı, Həzrət İmam Zeynəl-Abidinin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İmam Zeynəl-Abidin (ə) 38-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açdı.

Kərbəla hadisəsi zamanı xəstəlik yatağında olan İmam Səccad(ə) İmam Hüseynin (ə) böyük hərəkatından sonra bu hərəkatın müraciətini yaymaq və möhtərəm atasının yolunu davam etdirmək kimi ağır məsuliyyəti üzərinə götürdü.

Şiələrin dördüncü İmamı İslam sivilizasiyasını və mədəniyyətini qurmaq və Quranın pak təlimlərini yaymaq üçün böyük səy göstərdi. 

İmam Səccaddan (ə) müsəlmanlara qalan digər bir dəyərli irs, "Səhifeyi Səccadiyyə" adlı kitabdır. Bu kitab ən gözəl dua və yalvarışlar toplusudur ki, əxlaqi, irfani və islami maarif və elmlərin bir çox həqiqətlərini özündə ehtiva edir. 

O, həzrətin Bəqi qəbristanlığındakı pak məzarı əsrlərdir Əhli-Beyt (ə) aşıqlərinin ziyarətgahıdır. 

Səhər Azəri kanalı olaraq, İmam Səccadın (ə) şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə başsağlığı veririk.