Yan 31, 2023 20:15 Asia/Baku
  • Dünya şiələrinin doqquzuncu imamının mövludu günü mübarək!

Sabah, rəcəb ayının 10-u, dünya şiələrinin doqquzuncu imamı, İmam Məhəmməd Təqi(ə)-ın səadətli mövludu günüdür.

İmam Məhəmməd Təqi(ə) hicrətin 195-ci ilində, rəcəb ayının 10-unda Mədinə şəhərində dünyaya göz açıb. O həzrət, möhtərəm atası, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın şəhadətindən sonra müsəlmanlara rəhbərliyin məsuliyyətini üzərinə götürür.

İmam Məhəmməd Təqi(ə)-ın mübarək ləqəbi, Cəvadüləimmə-dir.

İmam Cavad(ə)-ın imamlığı dövründə müxtəlif islami və qeyri-islami firqələr formalaşmış və digər xalqların elm və fənnləri diqqət mərkəzində durmuşdu. Buna görə də dünya şiələrinin doqquzuncu imamı elmi və dini mübahisələrə  qatılıb, müxtəlif dinlərdən olan müxaliflərlə bəhslərdə, ilahi sərmayə ilə, imaməti qorudu.

 

Teqlər