Fev 25, 2023 19:48 Asia/Baku
  • Həzrət Əbülfəzl Abbas (ə)-ın mövlud günü
    Həzrət Əbülfəzl Abbas (ə)-ın mövlud günü

Bu gün, şəban ayının dördü, Həzrət Əbülfəzl Abbas əleyhissəlamın mövlud günüdür

  SəhərAzəri-nin məlumatına əsasən, Dünya şiələrinin birinci imamı, Həzrət İmam Əli əleyhissəlamın övladlarından olan Həzrət Abbas əleyhissəlam iyirmi altıncı hicri qəməri ilində, şəban ayının dördündə Mədinə şəhərində dünyaya göz açıb. Onun məşhur ləqəbləri, "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır.

  O həzrətin əziz anasının adı, Ummul Bənin idi. O, Həzrət Fatimeyi-Zəhra səlamullah əleyhanın vəfatından sonra İmam Əli əleyhissəlamın həyat yoldaşı olmaq şərəfinə nail olmuşdu.

  Həzrət Əbülfəzl Abbas əleyhissəlam Aşura qiyamının qəhrəmanlarındandır. O, öz fədakarlığı və şəhadəti ilə zəmanəsinin imamı olan İmam Hüseyn əleyhissəlama olan eşq və hörmətini nümayiş etdirə bildi və beləliklə, həqiqət yolunun davamçıları üçün sədaqətin layiqli nümunəsi ləqəbini aldı.

  Həzrət Əbulfəzl Abbas əleyhissəlamın mövlud günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" kimi qeyd edilib.

  İran İslam Respublikasının Teleradio Təşkilatı eşq və fədakarlıq bayraqdarı olan Həzrət Əbülfəzl Abbas əleyhissəlamın mövlud gününün gəlib çatması münasibətiilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini təbrik edir.

HƏZRƏT ABBAS(Ə)-IN MÖVLUD GÜNÜ MÜBARƏK!