Apr 11, 2023 17:07 Asia/Baku
  • Bu gecə ikinci Qədr gecəsi və imam Əlinin(ə) şəhadəti gecəsidir

Bu gecə mübarək Ramazan ayının 21-ci gecəsi, 2-ci Qədr gecəsi və şiələrin birinci İmamı Həzrət Əlinin (ə) şəhadətinin gecəsidir. Dünya müsəlmanları ilə birlikdə iranlılar da məscidlər və müqəddəs məkanlara gedərək, Qədr gecəsini dua və ibadət etməklə məşğul olurlar.

SəhərAzəri-nin məlumatına görə, Quran kərimdə min aydan daha fəzilətli gecə adlandırılan Qədr gecəsinin Ramazan ayının 19, 21 və 23-cü gecələrinə təsadüf etdiyi deyilir. 

Qədr gecəsi Quran Kərimin nazil olduğu gecədir və bu gecə mələklər göylərdən yerə enir. İnsanın bir illik taleyi də məhz Qədr gecəsində müəyyən olunur. 

Qədr gecəsində edilən dua və ibadətin fəziləti sonsuzdur. Buna görə də müsəlmanlar Qədr gecələrini oyaq qalaraq, səhərə kimi ibadətlə məşğul olurlar. 

Ramazan ayının 21-ci günü eyni zamanda şiələrin birinci imamı Həzrət Əlinin(ə) şəhadətinin ildönümü günüdür.

Həzrət Əli (ə) 40-cı hicri qəməri ili ramazan ayının 21-də şəhid oldu.

Belə ki, Ramazan ayının 19-cu günü Həzrət Əli (ə) sübh namazı qılmaq üçün Kufə məscidinə gedir və səcdəyə getdiyi zaman, "Xəvaric"dən olan İbni Mülcəm Muradi tərəfindən zəhərli qılınc zərbəsi ilə ağır yaralanır. İmam Əli (ə) iki gün sonra, Ramazan ayının 21-də şəhid olur.

Səhər Azəri kanalı Qədr geəsində bütün müsəlmanların arzu və dualarının qəbul olmasını  diləyir. 

 

Teqlər