May 16, 2023 19:06 Asia/Baku
  • Bu gün İmam Cəfər Sadiqin(ə) şəhadət günüdür

Bu gün, şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı, İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Cəfər Sadiq(ə) öz mübarək həyatı boyunca böyük bir elmi-mədəni hərəkata başlaya və şiə məktəbinin elmi əsaslarını möhkəmlədə bildi.

Anti-İslam və dağıdıcı təfəkkürlərin əsl İslamın yolunda böyük bir təhlükə olduğu bir dövrdə, İmam Cəfər Sadiq(ə) öz elmi mübarizələri ilə, İslama qarşı olan təfəkkürlərin yayılmasına mane oldu.

Şiələrin altıncı imamı şiə məktəbinin yaradılması yolunda böyük məşəqqətlərə dözdü ki, dini aqillik və İslam həqiqəti dayaqları üzərində böyük bir hərəkatın bünövrəsini qoymuş olsun.

İmam Sadiq(ə)-ın söhbət və mübahisələri o həzrətin dəlil və məntiq qüdrəti və dini şübhələri cavablandırması ilə, şiə məktəbinin bərpasında olduqca böyük rol oynayıbdır.

Səhər Azəri telekanalı adından İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara başsağlığı veririk.

 

 

Teqlər