İyul 06, 2023 21:35 Asia/Baku

Zilhiccə ayının 18-ci (iyulun 18-i) Qədir-Xum bayramına təsadüf edir.

Qədir Xum Məkkə və Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafa(s.ə.s) vida həccindən geri dönərkən Qədir Xumda dayanaraq, hacılar qarşısında çıxış etmiş və Əlini(ə) müsəlmanların mövlası elan etmişdir. 

Həzrət Məhəmməd(s.ə.s) Qədir Xumda etdiyi çıxışında deyir: "Mən hər kimin mövlasıyamsa, bu Əli(ə) də onun mövlasıdır".

Qədir Xum bayramı İslam dininin təkmilləşdiyi gün olaraq şiələrin ən böyük bayramlarından biri sayılır. 

Hər il islmai İranda Qədir-Xum bayramına geniş hazırlıqlar gedir. Bu il də Qədir-Xum bayramında İranın müxtəlif şəhər və kəndlərində insanlar dini məkanlara axışır. Şənlik mərasimləri keçirilir. Küçələr çırağan edilir, küçələrdə şiriniyyat və şərbət paylanır Xüsusilə, şiələrin 8-ci imamı həzrət İmam Rza(ə)-ın məqbərəsinin yerləşdiyi Məşhəd şəhəri və o həzrətin əziz bacısı xanım Məsumənin(s) pak hərəmi olan Qum şəhərində bu bayram özünəməxsus formada təntənəli şəkildə qeyd olunur. 

SəhərAzəri Televiziya Kanalı olaraq bu böyük bayram münasibəti ilə bütün Azərbaycan Respublikası xalqını təbrik edirik.

Teqlər