Azər­bay­ca­na tu­rist axı­nı ar­tı­b
https://azeri.sahartv.ir/news/mədəniyyət-i243695-azər_bay_ca_na_tu_rist_axı_nı_ar_tı_b
Azərbaycana tu­rist axın­la­rı­nın sa­yı­nın ar­tı­rıl­ma­sı məq­sə­di­lə gö­rü­lən təd­bir­lər ar­tıq öz nə­ti­cə­si­ni ver­mə­yə baş­la­yır. Ar­tıq mə­lu­mat ve­ril­di­yi ki­mi, ca­ri il ər­zin­də Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yın­da xey­li ar­tım var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2016 10:02 Asia/Baku
  • Azər­bay­ca­na tu­rist axı­nı ar­tı­b
    Azər­bay­ca­na tu­rist axı­nı ar­tı­b

Azərbaycana tu­rist axın­la­rı­nın sa­yı­nın ar­tı­rıl­ma­sı məq­sə­di­lə gö­rü­lən təd­bir­lər ar­tıq öz nə­ti­cə­si­ni ver­mə­yə baş­la­yır. Ar­tıq mə­lu­mat ve­ril­di­yi ki­mi, ca­ri il ər­zin­də Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yın­da xey­li ar­tım var.

Qar­şı­da­kı müd­dət ər­zin­də isə tu­ristlə­rin sa­yın­da da­ha çox ar­tım göz­lə­nir. Araş­dır­ma­lar gös­tə­rir ki, bu il­dən tət­biq edi­lən "Tax free" sis­te­mi də tu­rist axı­nı­nın ço­xal­ma­sı­na müs­bət tə­si­ri­ni gös­tə­rir. Bu ara­da isə bəl­li olub ki, Azər­bay­can­da 204 ma­ğa­za­da "Tax free" sis­te­mi tət­biq olu­nur. Oktyab­rın so­nu­na bu sis­tem çər­çi­və­sin­də 59 xa­ri­ci döv­lə­tin və­tən­da­şı­na 2962 min fak­tu­ra ve­ri­lib.

O da bil­di­ri­lir ki, ƏDV da­xil ol­maq­la, hə­min fak­tu­ra­lar çər­çi­və­sin­də alış­la­rın də­yə­ri 4 mil­yon 850,8 min ma­nat təş­kil edir. Qay­ta­rı­lan ƏDV-nin məb­lə­ği 493,3 min ma­nat sə­viy­yə­sin­də qiy­mət­lən­di­ri­lir. Bu­nun­la be­lə, xa­ri­ci və­tən­daş­lar tə­rə­fin­dən 492,6 min ma­nat əla­və də­yər ver­gi­si ge­ri qay­ta­rı­lıb. Xa­tır­la­daq ki, "Tax free" sis­te­mi­nin ope­ra­to­ru Ver­gi­lər Na­zir­li­yi mü­əy­yən edi­lib. Ver­gi­lər Na­zir­li­yi mal­la­rın sa­tı­şı­nın rəs­mi­ləş­di­ril­mə­si və ƏDV-nin qay­ta­rıl­ma­sı iş­lə­ri­ni təş­kil edir. "Tax free" sis­te­mi  alın­dı­ğı ta­rix­dən 90 gün müd­də­tin­də öl­kə əra­zi­sin­dən apa­rı­lan is­teh­lak mal­la­rı­na şa­mil edi­lir. Xərclə­rin məb­lə­ği 300 ma­nat­dan çox ol­ma­lı­dır. Bu­ra is­teh­sal, ya­xud kom­mer­si­ya məq­səd­lə­ri ilə bağ­lı xərclər da­xil de­yil. 14 ya­şı­na­dək şəxslə­rə mü­na­si­bət­də tət­biq edil­mə­yən bu sis­tem həm­çi­nin ak­siz­li mal­la­ra, ər­zaq mal­la­rı­na, dər­man pre­pa­rat­la­rı və tib­bi lə­va­zi­mat­la­ra, öl­kə da­xi­lin­də sa­tı­şı ƏDV-dən azad edi­lən mal­la­ra, kül­çə şək­lin­də qiy­mət­li me­tal­la­ra, nəq­liy­yat va­si­tə­lə­ri və on­la­rın eh­ti­yat his­sə­lə­ri­nə, poçt və ya in­ter­net xid­mə­ti va­si­tə­si­lə ix­rac edi­lən mal­la­ra da şa­mil edil­mir. Bir müd­dət əv­vəl isə Ver­gi­lər Na­zir­li­yi­nin ver­gi si­ya­sə­ti və stra­te­ji araş­dır­ma­lar baş ida­rə­si­nin rə­i­si Sa­mi­rə Mu­sa­ye­va mət­bu­a­ta bil­dir­miş­di ki, öl­kə­yə tu­ristlə­rin sə­fər­lə­ri da­vam et­di­yin­dən, "Tax free" sis­te­mi üz­rə qay­ta­rı­lan pul­la­rın həc­mi də hər gün ye­ni­lə­nir. Sis­te­min ye­ni tət­biq edil­mə­si­nə bax­ma­ya­raq, bu sis­tem­lə ma­raq­la­nan və on­dan is­ti­fa­də edən tu­ristlə­rin sa­yı artmaq­da­dır.

S.Mu­sa­ye­va­nın söz­lə­ri­nə gö­rə, Azər­bay­can­da "Tax free" xid­mə­ti av­to­ma­tik­ləş­di­ril­miş şə­kil­də qu­rul­du­ğun­dan, sis­tem­dən is­ti­fa­də et­mə­yə gö­rə sə­nəd­ləş­mə mi­ni­mum sə­viy­yə­də­dir, bu da tu­ristlə­rin işi­ni asan­laş­dı­rır: "Tu­ristlər bu za­man yal­nız he­sab-fak­tu­ra alır­lar, son­ra­kı bü­tün əmə­liy­yat­lar da bu sə­nəd əsa­sın­da hə­ya­ta ke­çi­ri­lir". O bil­di­rib ki, tu­ristlər yal­nız öl­kə­dən çıx­dıq­da ƏDV on­la­ra qay­ta­rı­lır. Na­zir­lik nü­may­nə­də­si­nin söz­lə­ri­nə gö­rə, in­di­yə­dək "Tax free" sis­te­min­dən ən çox Ya­xın Şərq, Av­ro­pa və Asi­ya öl­kə­lə­ri­nin və­tən­daş­la­rı is­ti­fa­də edib. Ümumyyət­lə, ərəb­lər bu sı­ra­da üs­tün­lük təş­kil edir. Ekspertlər "Tax free"nin xid­mət sepkto­ru­na bun­dan so­nar da müs­bət tə­sir edə­cə­yi­ni proq­noz­laş­dı­rır. Elə­cə də xa­ri­ci­lə­rin xid­mət sek­to­run­dan is­ti­fa­də­si­nin bun­dan son­ra da­ha da artma­sı göz­lə­nir. Çün­ki "Tax free" sis­te­mi­nin tət­biq olun­ma­sı sər­həd mən­tə­qə­lə­rin­dən alış-ve­riş edən tu­ristlər üçün ha­va li­man­la­rın­da, sər­həd-ke­çid mən­tə­qə­lə­rin­də məb­lə­ğin mü­əy­yən qis­mi­nin ge­ri qay­ta­rıl­ma­sı­na şə­ra­it ya­ra­dır. Bu isə tu­ristlə­ri xərclə­mə­lə­rə təş­viq edən me­xa­nizmdir. Bu­ra­da həm də əsas məq­səd nef­tin ucuz­laş­ma­sı fo­nun­da öl­kə­yə da­xil olan val­yu­ta həc­mi­nin azal­ma­sı­nı bu yol­la kom­pen­sa­si­ya et­mək­dir. Sirr de­yil ki, öl­kə­yə tu­rist axı­nı­nı tə­min et­mək­lə, tu­rist xərclə­mə­lə­ri­nin həc­mi­ni ar­tır­maq­la əla­və val­yu­ta axı­nı­na na­il ol­maq müm­kün­dür. Azər­bay­can­da tu­rist xərclə­mə­lə­ri­nin qiy­mə­ti 1 nə­fər üçün 800-1000 dol­lar ara­sın­da də­yi­şir. Baş­qa öl­kə­lər­də isə bu rə­qəm yük­sək­dir. Bu ba­xım­dan Azər­bay­can tu­rist xərclə­mə­lə­ri­nə gö­rə ge­ri­də qa­lır­dı, la­kin gö­rü­lən təd­bir­lər nə­ti­cə­sin­də və­ziy­yət təd­ri­cən də­yi­şir. Öl­kə­yə qar­şı­da­kı müd­dət­də tu­rizm xət­ti­lə da­ha çox val­yu­ta gə­li­şi göz­lə­nir. Tu­ristlə­rin bu­ra­da xərclə­di­yi və­sa­i­tin həc­mi­nin artma­sı üçün isə sti­mul­laş­dı­rı­cı ad­dım­lar atı­lır. Çün­ki, mi­sal üçün, 1000 dol­lar alış-ve­riş edən tu­rist 180 dol­la­rı­nı öl­kə­ni tərk et­məz­dən ön­cə ge­ri ala bi­lir. Qeyd olun­du­ğu ki­mi isə, bu sis­te­min tət­biq edil­mə­si­nin üs­tün­lü­yü on­dan iba­rət­dir ki, Azər­bay­can­da tu­rizm sek­to­ru­nun in­ki­şa­fı­nı sti­mul­laş­dı­rır.