Çin: Amerika hörmətli davransın
-
Çin Xarici İşlər Nazirliyinin sözçüsü
Çin Amerikanın yeni hökumətinin Vahid Çinin mövcudluğuna hörmətlə yanaşmasını deyir.
APTN-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü bazar günü deyib: Amerikanın yeni hökuməti Taivan barədə Vahid Çinin siyasətinə hörmətlə yanaşmalıdır.
Hua Çun İnq əlavə edib: Bununla belə, Çin Amerika ilə əməkdaşlıq və ikitərəfli əlaqələrin gücləndirilməsini istəyir.
ABŞ prezidenti Donald Trampın Ağ Evə daxil olmasından sonra, bu, Çinin ilk rəsmi reaksiyasıdır.
Çin XİN sözçüsü əlavə edib: Hər ikisinin tarixi və reallıqları sübut edib ki, Çin və Amerika arasında davamlı və sağlam əlaqələrin inkişafı hər iki ölkə və hər iki xalqın xeyrinədir və Sakit Okean və bütün dünyada sülh və stabilliyin genişlənməsi ilə nəticələnir. Çin və Amerikanın müştərək mənafeyi vardır. Əlbəttə iki ölkə arasında fikir ayrılıqları da vardır.
O əlavə edib: Hər iki tərəf bir-birlərinin əsaslı mənafeyi və nigaranlıqlarına hörmətlə yanaşmalı və münasib və konstruktiv şəkildə öz fikir ayrılıqlarını idarə etməlidirlər.
Çin Xarici İşlər Nazirliyinin rəsimsi bildirib: İki ölkə münaqişənin ikitərəfli əlaqələrin zəifləməsinə səbəb olmasına icazə verməməlidir. Çin qarşılıqlı hörmət prinsipi, münaqişə və qarşılaşmadan uzaq uduş-uduş şəraitinə əsasən Amerikanın yeni hökuməti ilə əməkdaşlıq etməyə və iki ölkə arasında əlaqələri genişləndirməyə maraqlıdır.