Yan 13, 2022 13:40 Asia/Baku
  • BMT
    BMT

Fələstinin BMT-dəki nümayəndəsi Fələstin xalqı və ərazisinə qarşı mütəşəkkil hücumlarına görə, çərşənbə günü sionist rejimdən BMT-yə və bu təşkilatın təhlükəsizlik şurasına şikayət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Riyad Mənsur BMT-nin baş katibinə, təhlükəsizlik şurasının norveçli dövri sədrinə və BMT Baş Assambleyasının sədrinə məktubda qəsbkar sionist rejimin Fələstin xalqı və ərazisinə qarşı mütəşəkkil hücumları ilə əlaqədar Fələstinin etirazını elan edib.

Riyad Mənsur bu məktubda bildirib ki, Fələstin xalqına qarşı təcavüzlərinə görə, işğalçı İsrail rejiminin məsuliyyətə cəlb olunmaması, daha artıq cinayət törətmək üçün bu rejimi daha da həyasızlaşdırır.

Fələstinin BMT-dəki nümayəndəsi 2021-ci ili sionist rejimin Qəzzə zolağına qarşı 2014-cü il hərbi təcavüzündən bəri ən qanlı il adlandırıb. Bildirib ki, 2021-ci ildə işğal olunmuş ərazilərdə 86-sı uşaq olmaqla 324 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.

Riyad Mənsur bu məktubda həmçinin sionist rejim hərbçiləri ilə sionist qəsəbə sakinlərinin Fələstindəki müqəddəs məkanlara qarşı hücum və təcavüzlərinə, eləcə də bu rejim tərəfindən fələstinlilərin mənzillərinin dağıdılmasına işarə edib. Qeyd edib ki, sionistlərin Fələstindəki müqəddəs məkanlara qanunsuz girişi bu məkanlardakı tarixi və qanuni vəziyyətin aşkar surətdə pozulması deməkdir.

Fələstinin BMT-dəki nümayəndəsi bu məktubda sionist rejimin cinayətlərini pisləyib,/ dünya ictimaiyyətinin sionistlərin cinayətlərinə dərhal reaksiya göstərməsini tələb edib.