Pakistanda üç gün ümumi matəm
İyun 08, 2015 10:57 Asia/Baku
Pakistan Müsəlmanlar Birliyi Məclisi Bəluçestan əyalətində Həzarə şiələrindən beş nəfərin terror edilməsinin ardınca üç gün ümumi matəm elan edib.
Səhər kanalının məlumatına görə, Pakistan Müsəlmanlar Birliyi Məclisinin baş katibi Əllamə Racə Nasir Abbas Cəfəri dünən Bəluçestan əyalətinin mərkəzi Kvetta şəhərində Həzarə şiələrinə qarşı terror hücumunu pisləyərək, rəsmi İslamabadı şiələrə qarşı hücumların qarşısını almaqda səhlənkarlıq etməkdə ittiham edib.Cəfəri Pakistan ordusundan istəyib ki, şiələrə qarşı hücumların qarşısını almaq üçün meydana girsin və ölkə boyu anti-terror əməliyyatlarını genişləndirməklə məqsədyönlü terrorlar prosesini dayandırsın.
Bazar günü gecə naməlum şəxslərin Kvetta şəhərində Həzarə şiələrinə qarşı terror hücumunda şiələrdən azı beş nəfər həlak olub.
İndiyədək heç bir kəs və ya qrup bu məqsədyönlü terror hücumunun məsuliyyətini üzərinə götürməyib.
Pakistanın Bəluçestan əyalətinin Həzarə icması adı ilə tanınan şiələri bu əyalətdə terror hücumlarının əsas hədəflərindəndir.