Avq 06, 2015 19:21 Asia/Baku
  • Səudiyyə Ərəbistanında məscid partladılıb, 17 nəfər ölüb
    Səudiyyə Ərəbistanında məscid partladılıb, 17 nəfər ölüb

Səudiyyə Ərəbistanının cənub qərbindəki Ebha şəhərindəki məsciddə terror aktı törədilib, 17 təhlükəsizlik qüvvəsi ölüb.

İRİB-nin verdiyi məlumata görə, cümə axşamı Ərəbistanın təhlükəsizlik qüvvələrinə aid məsciddə törədilən terror aktı nəticəsində ən azı 17 nəfər həlak olub. Partlayış məsciddə daxili təhlükəsizliyi təmin edən xüsusi qruplar ibadət edirkən törədilib.

Hadisəni törədən şəxs bombanı özünə bağlayaraq məscidə daxil olub və partladıb.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə xüsusi təyinatlıların qərargahında baş verib. Hələlik partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Son zamanlar Ərəbistanda şiələrə və təhlükəsizlik qüvvələrinə aid məscidlər və digər məkanlarda törədilən terror aktlarında onlarla nəfər həlak olub və ya xəsarət alıb.
Bundan öncə Ərəbistanın region ölkələrinin daxili işlərinə müdaxilə etməsinin, xüsusilə də Yəmənə hücumlarının ciddi təhlükəsizlik problemlərinə yol açacağı barədə xəbərdarlıqlar edilmişdi.

Teqlər