İngiltərənin köhnəlmiş oyunu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336219-İngiltərənin_köhnəlmiş_oyunu
İngiltərənin oyunları ən azı Yaxın Şərq xalqları üçün yeni hesab olunmur. Hiyləgərlik və xəyanətdən ibarət olan bu oyun indi də Hizbullah barəsində özünü biruzə verməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2019 19:59 Asia/Baku
  • İngiltərənin köhnəlmiş oyunu
    İngiltərənin köhnəlmiş oyunu

İngiltərənin oyunları ən azı Yaxın Şərq xalqları üçün yeni hesab olunmur. Hiyləgərlik və xəyanətdən ibarət olan bu oyun indi də Hizbullah barəsində özünü biruzə verməyə başlayıb.

Nəreyşn:İngilislərin tanış oyunu.  Top, parlamentin aşağı palatasının meydançasındadır. Oyuna Britaniyanın daxili işlər naziri Sacid Cavid başlayır.

Sacid Cavid – Britaniyanın daxili işlər naziri: “Bizim nəzərimizdə Hizbullahın bütün üzvləri terrorçudurlar.”

Livanlı analitik: “Britaniyanın Livan Hizbullahının adını terrorçu qruplar siyahısına daxil etməsi, qərəzli bir hərəkət olmaqla yanaşı, onların Livandakı mövcud vəziyyətlə bağlı doğru anlayışa malik olmamasına dəlalət edir. Onların Hizbullahın necə böyük bir ictimai bazaya malik olduğunu dərk etmirlər. Əlbəttə, Britaniya və ABŞ sionist rejimi tam aşkar formada himayə edirlər.”

Digər Avropa rəsmilərinin mövqeyi isə ABŞ-ın rəftarı ilə üst üstə tutmur. Makrondan tutmuş Moqeriniyə kimi.

Livanlı analitik: “Britaniyanın ərəblər ilə düşmənçiliyi tarixi köklərə malikdir. Balfur bəyannaməsi və Fələstinin sioni stlərə verilməsinə kimi uzanır. Fransa prezidenti və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Beyruta səfər zamanı Londonun mövqeyi ilə razılaşmadıqlarını bildirdilər. Amma, ABŞ onlara təzyiq göstərir. Hizbullah və müqavimətin İraq və Suriyada qələbə çalması, onlar üçün ağır məğlubiyyətdir. Buna görə də bu kimi fitnəyə əl atıblar.”

Amma, Livanın daxilində müqavimət cəbhəsinin tərəfdarı və ya müxalifi olmasından asılı olmayaraq, bütün siyasi qruplar Hizbullahın malik olduğu ictimai bazanı və sionist düşmən qarşısındakı mübarizələrini tam qətiyyətlə etiraf edirlər.

Səəd  Həriri – Livanın baş naziri: “Ümidvaram Livana baxış bu ölkə hökuməti və xalqının baxışı kimi olsun.”

Livan rəsmisi: “Mən Livan xalqına müraciət edirəm. Əgər bütün dünya müqavimətin terrorçu olduğunu desə, bu, livanlıların müqaviməti terrorçu hesab etməsinə səbəb olmayacaq.”

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasım və Cəbəl Amil alimlər cəmiyyəti ayrı-ayrılıqda bəyanatlar verərək, Britaniyanın tam aşkar formada terrorçuları himayə etdiyini və xalqlar əleyhinə təcavüzkar koalisiyada yer aldığına işarə edib, Livan xalqının Hizbullahı xilaskar olaraq gördüyünü vurğulayıblar.

Livan vətəndaşı: “Hizbullahçı gənclər Livanın müdafiəsi uğrunda canlarından keçiblər. Terrorçular, bu gün Yəmən xalqını qırğın etməsi üçün Ərəbistana silah verənlərdirlər.”

Livan vətəndaşı: “Livanda müxtəlif tayfalar yaşayır. Hizbullah Britaniya və Qərbin əlaltısı olan terrorçular qarşısında sünnilər və xristiyanlar daxil olmaqla bütün livanlıları müdafiə etdi.”  Livan xalqı heç vaxt Britaniyanın Livandakı müstəmləkəçilik keçmişini, Balfur bəyannaməsini və sionizmi Yaxın Şərqin bəlasına çevirməsini unutmayacaq.