Hələbdə 2 mina partlayıb;41 nəfər ölüb və yaralanıb
-
Hələbdə 2 mina partlayıb;41 nəfər ölüb və yaralanıb
Terrorçuların Suriyanın Hələb şəhərindəki hakimiyyətləri dövründən qalmış iki minanın partlaması nəticəsində azı on iki nəfər ölüb, 28 nəfər də yaralanıbdır.
Minalardan biri dünən Hələbin cənub ətrafında yerləşən Mərağə kəndinin yolunda fəhlələri aparan bir avtomobilin oradan keçdiyi zaman partlayıb. İkinci mina isə Hələbdən şərqdə yerləşən Tələrən kəndində partlayıb.
Terrorçular Hələbi və Suriyanın digər məntəqələrini qəsb edərkən yaşayış binaları, şose yollarını və adi yolları, ictimai məkanları, avtomobilləri, motosikletləri və hətta uşaq oyuncaqlarını partlayış tələlərinə çevirmişdilər ki, bu da onların iri miqdarda sursat və partlayıcı maddələr əldə edə bilmələrinin nişanəsi idi.
Suriyada böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə ərəbistan, ABŞ və müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumları ilə başlandı, amma İran İslam Respublikasının hərbi məşvərət yardımları və Rusiyanın himayəsi ilə Suriyanın ordusu və xalqı bu fitnəni uğursuz qoydu, beləliklə də İŞİD terror qrupunun bu ölkədəki işinə son qoyuldu.
Hazırda digər terror qrupları da məğlub olmaqdadırlar.