İraqın Nəcba hərəkatı: Amerikanın hərəkəti reallıq səhnəsində bir şeyi dəyişməyəcək
Mart 06, 2019 15:28 Asia/Baku
-
İraqın Nəcba hərəkatı: Amerikanın hərəkəti reallıq səhnəsində bir şeyi dəyişməyəcək
İraqın Nəcba hərəkatının sözçüsü bildirib ki, Amerikanın bu hərəkatı sanksiya etməsi psixoloji müharibədir və reallıq səhnəsində bir şeyi dəyişməyəcək.
ABŞ dövlət departamenti dünən Nəcba hərəkatının terrorizm siyahısına salınması və bu islami müqavimət qrupuna və onun baş katibi Şeyx Əkrəm Əlkəəbiyə qarşı bəzi sanksiyaların tətbiq edilməsindən xəbər verib.
İraqın Nəcba hərəkatının sözçüsü Haşim Əlmusəvi bu gün ABŞ-ın hərəkətinə reaksiyada vurğulayıb: Bu hərəkatın baş katibini terrorizmdə ittiham etmək əbəs bir cəhddir və terrorizmlə mübarizədə və suverenliyin müdafiəsində İraqın islami müqavimətinin iradəsinə bir təsiri yoxdur.