Yəmənli qadınlar səud koalisiyasının cinayətlərini pisləyiblər
Mart 14, 2019 06:47 Asia/Baku
Minlərlə yəmənli qadın Sənada aksiya keçirib. Onlar səud koalisiyasının bir qrup sivilin ölməsi və yaralanması ilə nəticələnən Həccə əyalətindəki cinayətlərini pisləyiblər.
Səud koalisiyası qırıcılarının bazar günü Yəmənin Həccə əyalətində yerləşən Kəşər rayonuna qarşı hücumları nəticəsində azı otuz mülki şəxs öldürülüb.
Yəmənli qadınlar dünən bu aksiyada verdikləri şüarlarda səud koalisiyasının Yəmənə qarşı hücumları və təcavüzlərini pisləyiblər.
Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.