Yəmən: BMT Səudiyyə koalisiyasının atəşkəsi pozmasına reaksiya verməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336871-yəmən_bmt_səudiyyə_koalisiyasının_atəşkəsi_pozmasına_reaksiya_verməlidir
Yəmənin silahlı qüvvələrinin sözçüsü dünən gecə Birləşmiş Millətlər Təşkilatından təcavüzkar Səudiyyə koalisiyasının və onun muzdlularının Əl-Hüdəydədə atəşkəs razılaşmasına sadiq qalmaması qarşısında qətiyytli mövqe nümayiş etdirməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2019 05:54 Asia/Baku
  • Yəmən: BMT Səudiyyə koalisiyasının atəşkəsi pozmasına reaksiya verməlidir

Yəmənin silahlı qüvvələrinin sözçüsü dünən gecə Birləşmiş Millətlər Təşkilatından təcavüzkar Səudiyyə koalisiyasının və onun muzdlularının Əl-Hüdəydədə atəşkəs razılaşmasına sadiq qalmaması qarşısında qətiyytli mövqe nümayiş etdirməsini istəyib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəhya Əssəri bildirib: Səudiyyə təcavüzkarları və onun muzdluları son 48 saatda Əl-Hüdəydə şəhərində 505 dəfə atəşkəsi pozublar. 

Yəmən silahlı qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanının heç vaxt atəşkəs razılaşmasına sadiq qalmadığını bildirərək deyib: Yəmən ordusu və xalq komitələrinin səbrinin həddi var. 

Əssəri bildirib ki, təcavüzkarlar atəşkəsi pozmaqda davam edərlərsə yəmənlilərin cavabı ağır olacaq.