İyul 28, 2020 20:38 Asia/Baku
  • Həmas: Müqavimətin tərkisilahı üzrə 15 milyard dollarlıq təklifi rədd etdik

Həmas-ın siyasi bürosunun sədri bildirib ki, bu hərəkat iki ay bundan öncə müqavimətin silahsızlaşdırılması məqsədilə «əsrin sövdələşməsi» çərçivəsində 15 milyard dollar dəyərində maliyyə təklifini rədd edibdir.

SəhərAzəri xəbər verir, İsmail Hənyə «Lusil» saytı ilə müsahibədə deyib: Trampın «əsrin sövdələşməsi» planı çərçivəsində hava və dəniz limanları və sairin tikintisinə şamil olan Qəzzə zolağında plan və layihələrin icrası məqsədilə Həmas hərəkatına 15 milyard dollar təklif edildi ki, bu hərəkat onunla müxalifət etdi.

Hənyə söyləyib: Amerika həmin məbləğ qarşılığında Fələstin müqavimətinin tərkisilahı və onun Qəzzə zolağı məsələləri idarəsi və polis qüvvələrinə birləşdirilməsini, həmçinin bütün müqavimət metodlarına son qoyulması və fələstinlilərin Qüdsə göz yummasını istədi.

Hənyə vurğulayıb ki, Həmas nə «əsrin sövdələşməsi» planını, nə də bu istiqamətdəki heç bir təklifi qəbul etməyəcəkdir.

«Əsrin sövdələşməsi» planını təqdim edən Amerika hökuməti fələstinlilərə pul vəd verməklə onların, bu rasistcəsinə plana himayələrini əldə etmək niyyətindədir. Amma indiyədək heç bir fələstinli qrup bu planla razılaşmayıbdır.

Teqlər

Şərhlər