Dek 05, 2020 23:15 Asia/Baku
  • “Şəhid Süleymaninin terror edilməsi ABŞ-ın keçdiyi qırmızı xətt idi”

İraqın sabiq baş naziri Adil Əbdülmehdi ABŞ hökumətinin parlamentin İraq qüvvələrini İraqdan çıxarma planını əngəlləmək üçün əlindən gələni etdiyini söyləyib.

SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən bildirir ki, Adil Əbdülmehdi yerli jurnala verdiyi müsahibəsində, amerikalıların İranın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymanini terror edərək qırmızı xətləri pozduğunu söyləyib: “Şəhid Süleymani həmişə ifşa olunurdu və asanlıqla hədəfə alına bilərdi, ancaq Bağdad hava limanında bu səviyyədə amerikalılar tərəfindən bir qərar verilməmişdi.

İranın da qırmızı xətləri var idi və hər iki tərəf də qırmızı xətlərə yaxınlaşmadı, ancaq rəhbərliyimdə baş verən şey, ABŞ hökumətinin davranış və münasibət qaydalarını dəyişdirməsi idi. (İrana qarşı) Sanksiya sisteminin bir hissəsi olmadığımızı və bir ölkə ilə qarşıdurmaya girən (şəbəkənin) bir hissənin olmadığımızı dedik, çünki onunla diplomatik münasibətlərimiz var. Bu şeyləri ABŞ-la müzakirə etdik.

Şəhid Süleymani ABŞ-ın keçdiyi qırmızı xətt idi və şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsi bütün qırmızı xətlərin keçilməsi idi.
Kabinetinin qurulmasından on ay sonra amerikalılar dedilər ki, İran məsələsində dediyimiz kimi ya yanımızda olmalısan, ya da bizə qarşı olmalısan.

Cənab, vicdanla sizinlə və ya sizə qarşı ola bilmərik. İraq bir dövlət olaraq hər zaman iki tərəf arasında balanslı mövqedə olub və “ya yanımda ol, ya da mənə qarşı ol” prinsipi məni qonşularımın əleyhinə çıxmağa vadar edir, bu qeyri-mümkündür, ya da sənə qarşı çıxıram, yəni bu da mümkün deyil. İraq öz daxili və xarici tələblərinə sahib bir dövlətdir. Onlar (amerikalılar) bizə dedilər ki, ya bizimlə, ya da bizə qarşı olmaqdan başqa seçiminiz yoxdur. Beləliklə, bir müddət sonra Tramp administrasiyasının rasional arqumentlər tələb etməyən təzyiq və təqib siyasəti başladı.

Dövlət katibi Pompeo da daxil olmaqla yüksək vəzifəli şəxslərlə daim əlaqə saxladım. Ona dedim ki, sən bizim üçün dost bir ölkəsən və mənim qonşu bir ölkəm var (İran). Mən səninlə necə buna qarşı dura bilərəm, ya da qonşumla sənə qarşı ola bilərəm, ya da məndən beş min mil uzaqlıqda olduğunu söyləyə bilərəm, amma İranla beş min illik ortaq tarixim var, necə İrana qarşı ola bilərəm və s. Bunlar məntiqsiz məsələlərdir. İraqdakı vəziyyəti düşünməlisən. Bitərəflik bir-birinin yanında olmaq demək deyil, mümkün deyil. Təəssüratım belədir ki, amerikalılar bunu etməklə bir çox gücləri düşmənçiliyə sövq edirlər.

Dünyanın heç bir ölkəsində, çoxluğun mənafeyi təmin edilmədiyi təqdirdə bu maraqlar sabitləşdirilə bilməz.

Siyasi cərəyanlar İraqdakı hərbi-siyasi irəliləməyə mane olmaq üçün güc axtarmamalıdır. Köçəri və ya siyasi qarşıdurmalar ola bilər, ancaq məhdud olacaq.

Oktyabr etirazlarından sonra ağır dərslər aldıq və əvvəllər müqəddəs olan anlayışlar dağıldı”.

 

Teqlər